24 May, 2011
Eldar və Nigar Almaniya televiziyasında -FOTO

Qaliblərin Almaniya turnesi davam edir

Simsar.az duetin rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniyada onlar ard-arda televiziya verilişlərinə qatılır. Cütlük indiyədək Frankfurtda «Radio HR 3»ə müsahibə verib, Almaniyanın ən reytinqli teleşoularından olan «ZDF - Fernsehgarten»ə qatılıblar.
Eldarla Nigar Kölndə «ARD Morgenmagazin» səhər verilişinin qonağı olublar. Verilişdə onlar «Eurovision»da ifa etdikləri «Running Scared» mahnısını səsləndiriblər.
Cütlük bu gün də televerilişlərdə iştiraklarını davam etdirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!