23 Dekabr, 2016
Putinlə Ərdoğanın görüşünün vaxtı və yeri AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

Onun sözlərinə görə, bu barədə XİN rəhbərlərinin  Suriyanın gələcəyi ilə bağlı dekabrın 20-də Moskvadakı görüşündə razılaşma əldə ediblər.

O həmçinin bildirib ki, üç ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani yanvarın ortalarında Astanada görüşəcək və həmin anlaşmanı müzakirə edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!