23 Dekabr, 2016
Beynəlxaq bankın baş direktoru işdən çıxıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 3 baş direktorundan biri - Hidayət Sultanov işdən çıxıb. “Report” xəbər verir ki, bu barədə Bankın saytında məlumat verilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln.manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsi və 1 759 fiziki şəxsə məxsusdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!