23 Dekabr, 2016
Kamran Quliyev AFFA Klublar Komitəsinin sədri oldu

AFFA Klublar Komitəsinə (KK) sədr seçkisi keçirilib.

Seçki KK-nın bugünkü iclası çərçivəsində baş tutub.

Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klub rəsmisinin qatıldığı toplantıda Kamran Quliyev yeni sədr seçilib. "Sumqayıt"ın prezidenti komitəyə növbəti bir il müddətinə rəhbərlik edəcək.

K.Quliyev 8 səsdən 7-ni qazanıb. Bir nəfər isə "Qarabağ"ın direktoru Əmrah Çəlikələ səs verib. Çox güman ki, bu, elə yeni prezident olub.

Qeyd edək ki, KK-nın ilk sədri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov olub. Bundan sonra AZAL-ın vitse-pezidenti Fikrət Hüseynov quruma rəhbər seçilib. Göründüyü kimi, Quliyev komitəyə başçılıq edəcək ilk klub prezidenti olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!