22 Dekabr, 2016
İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Simsar.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!