24 May, 2011
Neftçala və Səlyan yenə su altında qala bilər

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejmində işləyir

Son günlər Azərbaycanın aran rayonlarına yağan yağışlar ciddi fəsadlara yol açıb. Kürdəmir, Netçala, Səlyan, Şirvan, Zərdab rayonları leysandan ciddi ziyan çəkiblər. 

Simsar.az-ın məlumatına görə, mayın 24 və 25-də yağan leysan yağışları nəticəsində Kürdəmir rayonunda 300-ə yaxın fərdi yaşayış evini, həyətyanı və əkin sahələrini su basıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, sel suları Kürdəmir şəhərinin Bakı, Azərbaycan, Alı Mustafayev, Əzizbəyov, M.Ə.Sabir, İ.Məmmədov küçələrində və Aran yaşayış massivində, şəhərə bitişik Atakişili və Xırdapay kəndlərində yerləşən 200-ə yaxın fərdi yaşayış evinə dolub, mənzillərin zirzəmisi və həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Bir çox evlər küçələrə nisbətən təxminən 70-80 sm çökəkdə yerləşdiyi üçün daha çox həmin əraziləri sel suları basıb.

Simsar.az-ın Şirvan bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, Kür çayında suyun səviyyəsinin artması nəticəsində Salyanda onlarla evin həyətini qrunt suları basıb
Rayonda daşqın təhlükəsi olmasa və çayda suyun səviyyəsi azalmağa başlasa da, qrunt suları problemi öz həllini tapmır.
Mütəxəssislər qeyd edirlər ki, problem Mingəçevir su anbarından məqsədyönlü istifadə olunmaması ilə əlaqədar yaranıb. Anbar 20-ci əsrin 50-ci illərinin ortalarında inşa edilib, daşqın və yay müddətində kənd təsərrüfatı sahələrinin suvarılması dövründə su balansının saxlanması üçün nəzərdə tutulub. Anbardan elektrik enerjisinin istifadəsi üçün də istifadə olunur.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda qəzanın aradan qaldırılması üçün gücləndirilmiş iş rejmində işləyirlər. Həyətlərdəki və küçələrdəki suların təmizlənməsi üçün nasoslar qurulub.
Həmçinin sakinlərə dəyən ziyanın miqdarı ölçülür.


RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!