22 Dekabr, 2016
Yaponiyada binalar yanır

Yaponiyanın Niiqata prefekturasında İtoiqava şəhərinin rəhbərliyi şəhərdə baş verən güclü yanğınla əlaqədar qonşu şəhərlərə müraciət edib.Hazırda yanğın 140-dan çox tikilini əhatə edir.

Yaponiyanın NHK telekanalı məlumat verib ki, yanğın səhər saatlaırnda Çin restoranında başlayıb və qısa zaman ərzində digər binalara keçib.

Yanğınla əlaqədar 600-ə yaxın adam təxliyə olunub. Yaxınlıqdakı məktəblərdə dərslər dayandırılıb.

Hadisə nəticəsində 2 nəfərin xəsarət aldığı məlumat verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!