22 Dekabr, 2016
Moskvada partlayış olub

Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış olub. TASS xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər. Məlumata görə, partlayış Andropov prospektindəki “Kolomensk” metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Şahidlərin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.

Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!