22 Dekabr, 2016
İlin son iclasının vaxtı bilindi-MİLLİ MƏCLİS

Azərbaycan Milli Məclisinin 2016-cı ildə-payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.

Milli Məclisdən  verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir. Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik GÜnü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir. (APA)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!