24 May, 2011
İslahat dalğası Cəlilabaddakı Hərbi Komissarlığa da çatdı

Yoxlamaların nəticəsi olaraq bir neçə nəfərin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Respublika Hərbi Prokurorluğu Cəlilabad Rayon Hərbi Komissarlığında (RHK) yoxlamalar aparır. Bu barədə APA-ya Cəlilabad RHK-dan bildirilib. 

Məlumata görə, Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının apardığı yoxlamalar bir aya yaxındır, davam edir. Yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı artıq rayonun hərbi komissarı Şirvan Xasıyevin ifadəsi alınıb.

Yoxlamaların nəticəsi olaraq bir neçə nəfərin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Binəqədi, Suraxanı rayonlarının və Sumqayıt şəhərinin hərbi komissarları da korrupsiya faktı ilə bağlı həbs ediliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!