22 Dekabr, 2016
Muxtar Manıyev Qala qəbiristanlığında torpağa tapşırılacaq

Xalq artisti Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olunacaq.

Bu barədə  xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O bildirib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək:“Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə, Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbiristanlığında dəfn edəcəyik”.

Qeyd edək ki, xalq artisti 81 yaşında vəfat edib.(APA)

Xalq artisti uzun müddət şəkərli diabetdən əziyyət çəkirdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!