21 Dekabr, 2016
Masallıda silahlı insident olub, ölən var

Masallı rayonunda silahlı insident olub. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib. Hadisə zamanı naməlum şəxs 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat"  markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.

Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir. Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!