21 Dekabr, 2016
Xətai rayonunda dava düşüb, bir nəfər bıçaqlanıb

Bakıda 35 yaşlı kişi döydüyü 22 yaşlı gənc tərəfindən bıçaqlanıb. "Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Nobel prospekti 155 ünvanında qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Samir Canıyev sözügedən ünvanda 1994-cü il təvəllüdlü Cəmil Səfərovla əlbəyaxa dava edib. S.Canıyev C.Səfərovu döyüb. C.Səfərov bundan hiddətlənərək bıçaqla S.Canıyevin ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. S.Canıyev "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!