21 Dekabr, 2016
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyasının gündəliyi açıqlanıb.

Növbəti plenar sessiya gələn il yanvar 23-dən 27-dək Fransanın Strasburq şəhərində keçiriləcək.

Sessiya zamanı AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsini hakimləri vəzifələrinə seçkilər olacaq. Parlament üzvləri Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatları müzakirə edəcəklər.

Yanvarın 24-də AŞPA deputatları qarşısında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han, Kipr prezidenti Nikos Anastasiadis, yanvarın 25-də isə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edəcək.

Həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, U

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!