21 Dekabr, 2016
Saxaraya qar yağıb

Son 37 ildə ilk dəfə Afrikanın Saxara səhrasına qar yağıb. RİA Novosti xəbər verir ki, bu barədə "Independent" qəzeti xəbər verib. Əlcəzairin şəhərində fotoçəkilişlər aparan həvəskar-fotoqraf Kərim Buşettatın sözlərinə görə, qar 1 gün qalıb, sonra əriyib.

Buşettatın çəkdiyi fotolarda səhranın qırmızı-sarı qumları üzərində nazik qar təbəqəsi görsənir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!