21 Dekabr, 2016
Ağcabədidə evdə partlayış: xəsarət alan var

Ağcabədi rayonunda evdə qaz sızmasından partlayış hadisəsi baş verib. Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağcabədi şəhərində, Səfa Qəhrəmanov küçəsində yerləşən evdə qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qasımova Afaq Tofiq qızı mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib. Yanıq xəsarətləri alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  Orada A. Qasımovaya 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!