24 May, 2011
Azərbaycan əsgəri yol qəzasında öldü

Bu barədə Simsar.az-a Sumqayıt şəhər Polis İdarəsindən bildirilib

Azərbaycan Ordusunun əsgərini maşın vurub. Bu barədə Simsar.az-a Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə, Sumqayıt şəhəri, Kərpic zavodu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, Fuad Məmmədov idarə etdiyi 10 UG 587 dövlət nömrə nişanlı yük maşını ilə piyada, 18 yaşlı Qəhrəman Ömürmalı oğlu Cavadovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Polisdən, həmçinin, bildirilib ki, hadisə zamanı dünyasını dəyişən Q. Cavadov Goranboyda yerləşən “N” saylı hərbi hissənin əsgəridir. O, 1 həftəlik məzuniyyətə gəlibmiş.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!