21 Dekabr, 2016
Suriyadan qanlı xəbər: 3 türk əsgəri öldü, 11 -i yaralandı

Türkiyə Silahlı Qüvvələri tərəfindən davam edən “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə 3 türk hərbçisi şəhid olub, 11-i yaralanıb. Türkiyə mətbuatı xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib.

Məlumata görə, hücum nəticəsində 3 hərbçi şəhid olub, 11-i yaralanıb.

 

*** 09:34

 

Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb.

Hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil. Məlumata görə, Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusuna dəstək verərək, Əl-Babın terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər. Xəbərdə bildirilib ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhərində dövlət xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir. Dekabrın 21-də “Fırat Kalkanı” əməliyyatının 120-ci günüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!