24 May, 2011
Mərkəzi Bank “Visa İnt” təşkilatı ilə birgə seminar keçirib

İştirakçılara visa premiyum kartlarının üstünlükləri öyrədilib

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa ödəniş kartları, Ticari ekvayrinq” mövzusunda kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə,
tədbirdə “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən MDB ölkələri üzrə regional menecer Aleksandr Kalita, Cənub-Şərqi Avropa və MDB ölkələrində məhsullar üzrə menecer Serqey Koptik və Cənub-Şərqi Avropa və MDB ölkələrində ödəniş kartlarının qəbulu şəbəkəsinin inkişafı üzrə menecer İqor Noçka iştirak ediblər.
Seminarda banklar tərəfindən emissiya olunan debet kart məhsulları, əmək haqqı kartları, təsərrüfat subyektlərində ödəniş vasitəsi kimi onlardan istifadə olunması həcminin artırılması, bu istiqamətdə mövcud beynəlxalq təcrübə haqqında geniş məlumat verilib. Həmçinin, 2011-ci ilin aprel ayında Azərbaycanda ekvayrinq bazarının inkişafı sahəsində aparılan tədqiqatın nəticələri, ölkədə ticari ekvayrinqin gələcək inkişaf istiqamətləri barədə seminar iştirakçıları məlumatlandırılıb.
Tədbir iştirakçılarına Visa premiyum kartları haqqında məlumat verilərək, bu kartların üstünlükləri, müştərilərin tələb və ehtiyaclarına əsaslanaraq bu məhsullar üzrə effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!