21 Dekabr, 2016
İrkutskda araqdan zəhərlənənlərin sayı 60-a çatdı

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 60 nəfərə çatıb.

Zəhərlənmiş daha iki nəfər dünyasını dəyişib.

Vilayətin Səhiyyə Nazirliyindən verilən məlumata görə, hər iki mərhum evində keçinib, onların cəsədi morqa çatdırılıb.

40 nəfər hələ də xəstəxanadadır, 5 nəfər evə buraxılıb.

Kütləvi zəhərlənmə üzrə cinayət işi çərçivəsində 11 nəfər həbs olunub. Daha 100 nəfər isə şahid qismində dindirilib.

Xatırladaq ki, dekabrın 17-də İrkutskda və eyniadlı vilayətdə spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmələr qeydə alınıb. Yerli Səhiyyə Nazirliyi zəhərlənmələrə səbəb kimi vanna qəbulunda istifadə olunan mayenin etiketində etil spirti göstərilməsinə baxmayaraq, onun tərkibində metanol olmasını göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!