24 May, 2011
Göygöldə yanğın

Bir neçə ticarət obyekti məhv oldu

Bu gün səhər saatlarında Göygöl rayonunda yanğın hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quşqara kəndində (rayon mərkəzindən 25 km aralı) sahibkara məxsus ümumi sahəsi 2370 kvadrat metr olan bitişik tikilmiş mağaza, anbar və mebel təmiri və istehsalı sexi yanıb.


Nəticədə, anbar və sexin yanar konstruksiyaları içərisindəki mebel məmulatları ilə birlikdə 720 kvadrat metr sahədə tamamilə yararsız vəziyyətə düşüb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər sexin və anbarın qalan hissəsini, həmçinin, mağazanı yanğından mühafizə ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!