20 Dekabr, 2016
Dollar sabah neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 21-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Simsar.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7575 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7525 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!