24 May, 2011
Elmlər Akademiyası Taarif Şurasına müraciət etdi

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının  prezidenti Mahmuda Kərimov deyib.

“Azərbaycan Milli Elmlər Akademiyası doktoranturada ödənişli təhsil üzrə təhsil haqlarını müəyyənləşdirmək üçün Taarif Şurasına müraciət edəcək”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmuda Kərimov deyib.

Onun sözlərinə görə, doktoranturada ödənişli təhsil əsasən xarici vətəndaşlar üçün nəzərdə tutulur: “AMEA doktoranturada ödənişli təhsil üçün təxminən 2000 dollar təhsil haqqı təklif edib. Bu qiymət başqa ölkələrlə müqayisədə çox aşağıdır”.

M. Kərimov deyib ki, Azərbaycan vətəndaşları üçün pullu doktorantura nəzərdə tutulmayıb: “Doktoranturada sonradan pullu təhsilin olub-olmayacağını deyə bilmərəm. Şəxsən mən bunun əleyhinəyəm, çünki hər bir halda pulla alim olmaq düz deyil”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!