20 Dekabr, 2016
Aleksander Şapiro Suliman: "Terrorun arxasında dayananlar həm Türkiyəni, həm də Rusiyanı hədəf götürüb"

Rusiyanın Türkiyıdəki səlahiyyətli səfiri Andrey Gennadiyeviç Karlovun  Ankarada silahlı basqına uğraması və qətlə yetirilməsi bütün dünyanın diqqətini Türkiyə və Rusiya münasibətlərinə yönəltdi. Hadisə ilə bağlı simsar.az saytına açıqlama verən CIPDH - nin (Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi) beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti,"SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman bunu növbəti qanlı terror hesab etdiyini söyləyib. "Səfir Andrey Karlovun qətlə yetirilməsi Rusiya və Türkiyə münasibətlərinə xələl gətirmək istəyən bir sıra qüvvələrin və terror təşkilatlarının işidir. Bu çirkin hadisəni qətiyyətlə pisləyirəm. Əminəm ki bu terror Rusiya ilə Türkiyə arasında münasibətin pisləşməsinə səbəb olmayacaq". Terrorçulara qarşı birgə mübarizə aparmağın zəruri olduğunu söyləyən cənab Şapiro bu terror aktının həm Rusiya, həm də Türkiyə dövlətinə qarşı törədildiyini hesab edir. "Terror aktının arxasında dayanan qruplar, siyasi dairələr həm Türkiyəni, həm də Rusiyanı hədəf kimi götürüb. Düşünürəm bu iki dövlət mübarızə apararaq birgə anti-terror əməliyyatları keçirəcəklər".

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!