20 Dekabr, 2016
İrandan səfirin ölümünə REAKSİYA

İran Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bəyan edib ki, bu cinayət beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan radikal qrupların əməlidir: "Onlar ölkələr arasında problem yaratmaq məqsədilə belə vəhşi cinayətlər törədirlər".

B.Qasımi Rusiya hökumətinə və səfir Andrey Karlovun ailəsinə başsağlığı verib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!