20 Dekabr, 2016
Nazarbayev Putinə teleqram göndərib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinə teleqram göndərib. Xəbərd' bildirilir ki? Qazaxıstan lideri Ankarada öldürülən səfir Andrey Karlovla əlaqədar Vladimir Putinə başsağlığı verib. O, məktubunda vurğulayıb ki, baş verən hadisə bir daha göstərir ki, terrora qarşı birləşmək lazımdır.

Bundan başqa, Nursultan Nazarbayev Andrey Karlovun ailəsinə, yaxınlarına Qazaxıstan xalqı və şəxsən öz adından başsağlığı verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!