20 Dekabr, 2016
Bakıda daha bir intihar

Bakıda intihar hadisəsi qeydə alınıb. Suraxanı Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Əmircan qəsəbəsində 1977-ci il təvəllüdlü Ramin Məmmədov özünü qəsəbə ərazisindəki gölə ataraq intihar edib. O, sudan çıxarılsa da, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!