19 Dekabr, 2016
Rəsmi Moskvadan səfirin vurulması haqda

Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Türkiyədəki səfiri Andrey Karlovun güllələnməsi haqda məlumatı təsdiq edib.

Somsar.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, XİN rəsmisi Mariya Zaxarova bildirib:

“Bu gün Ankaradakı ictimai mərasim zamanı naməlum şəxs xaotik atəş açıb. Nəticədə Rusiya Federasiyasının Türkiyə respublikasındakı səfiri ağır yaralanıb”.

Onun sözlərinə görə, Rusiya tərəfi bu məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə hər an əlaqədədir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!