19 Dekabr, 2016
Şəkidə ev yanıb - xəsarət alan var

Şəkidə fərdi yaşayış evində yanğın olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 15:45 radələrində Şəki şəhəri M. F. Axundzadə küçəsində,  Yusif Hümmət oğlu Salahova məxsus, 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbədəki mətbəxin 15 kv/m sahəsi yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı yanıq xəsarətləri alan ev sahibi Y. Salahov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Şəki MRX-dan bildirilib ki, Y. Salahova sol əlin və boyunun 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub, ona tibbi yardım edildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!