19 Dekabr, 2016
Gürcü modelyer Azərbaycana gəlir

Bu il Azərbaycanda baş tutan moda həftəsində dizayner geyimlərini təqdim edən məşhur gürcü modelyeri Salome Amanataşvili Bakıya gəlir. Paytaxtda faəliyyət göstərən və dəbli xanımların seçimi olan "Salle De Mode" dükanın sahibi Salomenin vizit kartı, onun hazırladığı mürəkkəb əl işləri və konseptual stildir. Salome geyim üzərində əl və üz heykəlcikləri əks etdirir. Onun dizaynerli ilə ərsəyə gələn ayaqqabı və çanta modelləri qeyri-adi tərz sevənləri heyran edir. Simsar.az -a açıqlama verən modelyer, Bakıya gəlişinin səbəbindən danışıb: "Azərbaycan dəbli insanların yaşadığı ölkədir. Burada öz tərzinə sahib olan və mənim hazırladığım geyimləri sevən çoxlu sayda xanım var. Məhz bu səbəbdən Bakıya gəlmək hər zaman xoşdur. Bu dəfəki səfərim qısa çəkəcək. Yalnız bir günlük gəlirəm. Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyev və dəbli müğənni Günay İbrahimli ilə çəkilimiz baş tutacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!