19 Dekabr, 2016
İstanbulda valyuta məntəqəsinə silahlı basqın

İstanbulun Fateh rayonunda valyuta məntəqəsinə silahlı basqın olub. Türkiyə mətbuatının verdiyi məlumata görə, silahlı şəxslər məntəqəyə gələn iki nəfərə atəş açıb, təqribən 1,5 milyon lirə dəyərində valyutanı oğurlayaraq avtomobillə hadisə yerindən qaçıblar. Xəstəxanaya yerləşdirilən yaralıların həyatı üçün təhlükə olmadığı bildirilir.

Polis ərazidə araşdırma aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!