19 Dekabr, 2016
Xətaidə yanğın

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 103 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Simsar.az -a verilən məlumata görə, hadisə zamanı 5-ci mərtəbədə 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Yanğın zamanı qatı tüstülənmədən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!