19 Dekabr, 2016
Küçədən 1 aylıq uşaq tapılıb

Sabunçu rayonunda küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verilib. Bu barədə Trend-ə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən məlumat verilib. Məlumatda bildirilir ki, uşağı bölmə əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi, ev 22 A-nın qarşısında tapıblar. Dərhal hadisə yerinə həkim briqadası çağırılıb və uşaq həkimlər tərəfindən təhvil götürülərək müayinə edilib. Müayinələrdən sonra uşaq 1 saylı Körpələr Evinə təhvil verilib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır. Hələlik körpənin valideynləri müəyyən edilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!