19 Dekabr, 2016
Türkiyə Ordusunun növbəti itkisi

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti dəfə itki verib. Türkiyə mətbuatı xəbər verir ki, əməliyyat çərçivəsində Əl-Bab bölgəsində baş verən döyüşlər zamanı 1 türk hərbçi şəhid olub, 5-i isə yaralanıb. Qeyd edək ki,  Türkiyə ordusu “Fərat Qalxanı” əməliyyatına avqustun 24-dən Suriyanın Cerablus şəhərinin İŞİD-dən təmizlənməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə başlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!