19 Dekabr, 2016
3 nəfər dəm qazından zəhərlənib

Salyan rayonunda  kirayədə qalan 3 nəfər dəm qazından zəhərlənib. APA-nın məlumatına görə, hadisə Salyan şəhəri, Aslan Hüseynov küçəsi, ev 65-də qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan 3 nəfər gecə saatlarında dəm qazından zəhərləniblər. Gəncə şəhər sakini, 29 yaşlı Elnur Bağırzadə, Salyan sakini, 25 yaşlı Vəfa Musayeva və Şirvan şəhər sakini, 30 yaşlı Gülər Əliyeva səhər saatlarında huşsuz vəziyyətə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!