17 Dekabr, 2016
Azərbaycan prezidenti Qətər əmirini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu yollayıb. Simsar.az xəbər verir ki,məktubda deyilir:

"Qətər dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!