17 Dekabr, 2016
Fəhlə 7-ci mərtəbədən düşərək öldü

Paytaxt sakini, fəhlə işlədiyi tikilinin 7-ci mərtəbəsindən yıxılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 16-da Bakı şəhər sakini Rafiq Allahverdiyev Səbail rayonu ərazisindəki fəhlə işlədiyi yeni inşa edilən ticarət mərkəzinin 7-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Bundan başqa, dekabrın 16-da Nərimanov rayonu ərazisində yaşayan Orxan Həsənov evinin eyvanında (20 mərtəbəli binanın 16-cı mərtəbəsində) siqaret çəkərkən ehtiyatsızlığı nəticəsində oradan yıxılaraq ölüb. Hər iki fakt üzrə araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!