16 Dekabr, 2016
Aleksander Şapiro Suliman: "Azərbaycan və Gürcüstan iqtisadi böhrandan asanlıqla çıxacaq"

Simsar.az xəbər verir ki, regionun inkişaf etdirilməsi və iqtisadi əlaqələrin möhkəmlənməsi eyni zamanda inkişafı istiqamətində bü günlərdə CIPDH - nin(Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi)beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti,"SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapironun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan, İsrail və Gürcüstan arasında işgüzar görüş keçirilib. Görüşdə Aleksander Şapiro Suliman və köməkçisi Simsar.az saytının direktoru Cəlal İsmayılov, Samtsxe-Cavaxeti Fondunun general direktoru Zurabi Xutişvili,Gürcüstanın rəsmi nümayəndələri Paata Rexviaşvili, Giorgi İvanelaşvili və Maya Şoşoria iştirak ediblər. Bu barədə saytımıza danışan cənab Aleksander Şapiro bildirib ki, iqtisadi böhranı aradan qaldırmaq üçün həm Azərbaycana, həm də Gürcüstana investisiya yatirmaq və iqtisadi münasibətləri inkişaf etdirmək istiqamətində addımlar atılır. "Bu görüş də həmin addımlardan biridir. Regionun iqtisadi inkişafı üçün nə lazımdırsa edəcəyik. Əminəm ki, nəzərdə tutduğumuz layihələr həyata keçdikcə, Azərbaycan və Gürcüstan iqtisadi böhrandan asanlıqla çıxacaq". Bunun üçün A.Şapiro özünün köməkçisi Cəlal İsmayılovu region üzrə səlahiyyətli nümayəndə təyin edib. Cənab Şapiro onu da bildirib ki, yanvar ayında Moskva şəhərində investisiya ilə bağlı növbəti işgüzar görüş keçiriləcək.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!