24 May, 2011
BU GÜN FATİMƏYİ ZƏHRANIN MÖVLUD GÜNÜDÜ

İman əhli bu günü bayram edir 

Bu gün İslam aləminin tanınmış simalarından olan Məhəmməd Peyğəmbərin qızı Fatiməyi Zəhranın mövlud günüdü. Cəmadius-sani ayının 20-də Məkkə şəhərində dünyaya göz açan Fatimə namus və paklığın simvolu kimi qəbul edilir.  

Fatiməyi-Zəhra mövludu bu gün də bir çox yerlərdə qeyd edilməkdədir. Bu münasibətlə Azərbaycanın inaclı kəsimi müxtəlif tədbirlər keçirilər.

Zəhranın bənzərsiz və görkəmli şəxsiyyət, qadınlığın müqqəddəs bir nümunəsi, pak bir rəhbər və başçı kimi qəbul edilməsi onun həm də tarixi siyasi xadim olduğunu göstərir.

Xanım Fatimeyi-Zəhra (s.ə.) mövludu ilə əlaqədar dünən Şəhriyar adına Mədəniyyət Sarayında bayram tədbiri keçirilib.

Bu gün həmçinin "Xeyriyyə" cəmiyyəti və "Muselman" saytının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın din xadimləri, iman əhli, eləcə də İranın Azərbaycandakı səfirliyinin nümayəndələri Fatiməyi-Zəhranı yad edib. .

Quran oxunuşu ilə başlanan tədbirin rəsmi hissəsində Allahın sevimlisi, bütün əxlaqi gözəlliklərin daşıyıcısı, ali kamalların bəxş olunduğu Xanım Fatimeyi-Zəhranın (s) həyatı, mənəvi dünyası barədə fikirlər söylənilib.

Daha sonra Xanım Zəhranın (s) şəninə Elşən Xəzərin, "İxlas", "Vətən", "Kövsər" qruplarının ifasında ilahilər oxunub.

Tədbirdə bildirilib ki, Zəhranın mövlud günü ilə bağlı keçirilən Quran olimpiadasinda 1-ci yeri tutanlar pulsuz “Məşhəd” ziyarətinə yollanacaqlar. 2-ci ve 3-cü yeri tutanlar isə hədiyyə və diplomla təltif olunublar.

Tədbirin sonunda "Ana sevgisi" tamaşası nümayiş etdirilib.

Simsar.az saytı da bugünkü gün münasibəti ilə bütün dünya qadınlarını təbrik edir, və kainata xanım nuru arzulayır.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!