16 Dekabr, 2016
Ev yanıb - BİNƏQƏDİDƏ

Binəqədi rayonunda 3 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Simsar.az -a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 38 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!