24 May, 2011
Yeni metro stansiyalar: «Avtovağzal»; «Dərnəgül»

Tikintilərə gələn il başlanılacaq

Azərbaycan Nazirlər Kabineti Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarına adlar verib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yeni tikiləcək metro stansiyası «Avtovağzal», Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yeni tikiləcək metro stansiyası «Dərnəgül» adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteninə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!