15 Dekabr, 2016
Putinin Yaponiya səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putin Yaponiyaya rəsmi səfərə başlayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident təyyarəsi Yamaquti-Ube aeroportunda eniş edib. Aeroportdan birbaşa olaraq baş nazir Sintze Abenin iqamətgahına gedəcək Putin hökumət rəhbəri ilə görüş keçirəcək.

Dekabrın 16-na qədər davam edəcək səfər çərçivəsində Rusiya rəhbəri Tokio ilə yanaşı, Naqato şəhərini də ziyarət edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!