15 Dekabr, 2016
Bakıda marşrut avtobusu yarğana düşdü

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, hadisə Zığ şosesində baş verib. 44 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus şose ilə hava limanı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq, şosenin kənarındakı yarğana düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!