15 Dekabr, 2016
Qırğızıstan rəsmisi Azərbaycana gələcək

Qırğızıstanın Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov gələn həftə Azərbaycana səfər edəcək.

Qırğızıstanın Azərbaycandakı səfirliyindən Simsar.az-a verilən məlumata görə, Ç.Tursunbekovun Bakıya 21-22 dekabrda səfər edəcəyi gözlənilir. O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək.

Bundan əvvəl, dekabrın 17-də Bişkekdən Bakıya nümayəndə heyəti də gələcək. Səfərin məqsədi gündəlikdə duran məsələləri, eləcə Qırğızıstan parlamentinin sədrinin səfərini müzakirə etməkdir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!