24 May, 2011
Gədəbəy, Füzuli, Tərtər atəş altında

Atəşkəs yenə pozuldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 23-də saat 13.20-dən 13.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqedərimizi, saat 18.40-dan 18.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.45-dən 19.50-dək və 21.50-dən 22.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!