14 Dekabr, 2016
Türkiyədə dəhşətli qəza - 36 maşın bir-birinə girdi

Türkiyədə Aksaray-Adana avtomobil yolunda zəncirvari qəza baş verib. Simsar.az -ın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, 41 nəfərin xəsarət aldığı qəza nəticəsində 36 avtomobil bir-birinə girib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!