14 Dekabr, 2016
Aleksander Şapiro Suliman: "Çox uğurlu addımlar atıldı"

Son aylar Azərbaycan-İsrail münasibətləri nəzəçarpacaq dərəcədə intensivləşib. İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri də buna bir sübutdur. Səfərdən sonrakı gözləntilərlə bağlı Yəhudi əsilli ictimai fəal, CIPDH - nin(Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi)beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti, İSRA-AZER iş adamları birliyinin rəhbəri, "SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman Simsar.az saytına açıqlama verib. Onun sözlərinə görə baş nazirin Bakıya səfərindən sonra İsrail-Azərbaycan münasibətlərində daha sıx əməkdaşlıq müşahidə olunacaq.

"Hərbi-texniki sahədə böyük layihələrin həyata keçirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi xüsusilə diqqət çəkən məsələlərdəndir. İkitərəfli münasibətlərin gündəliyində əsas yerlərdən birini də terrorizmlə mübarizə tutur. Bütün dünyada terrorla mübarizə aparıllır. Düşünürəm İsrail və Azərbaycanın bu istiqamətdə birgə fəaliyyəti də öz faydalı nəticələrini verəcək" - deyən Aleksandr Şapiro Azərbaycanla İsrail arasında imzalanan əməkdaşlıq sazişlərindən də danışıb. "Kənd təsərrüfatı sahəsində, vergi sahəsində imzalanan sazişlər eyni zamanda Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında" Anlaşma Memorandumunun imzalanması hər iki dövlət üçün atılmış çox uğurlu addımlardır. İnanıram ki, səfər çərçivəsində atılan addımlar sayəsində Azərbaycan - İsrail münasibətləri bundan sonra daha da  möhkəmlənəcək".

Cəmilə Məmmədova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!