14 Dekabr, 2016
Özbəkistanın yeni Baş naziri odur

Özbəkistan Baş nazirinin müavini Abdulla Aripov ölkənin Baş naziri vəzifəsinə təyin olunub. Trend-in məlumatına görə, bu qərar Özbəkistan parlamentində Qanunverici Palata və Senatın birgə iclasında qəbul olunub.

A.Aripovun namizədliyi Özbəkistan konstitusiyasına uyğun olaraq parlamentdə çoxluğa sahib Liberal Demokratik Partiya tərəfindən irəli sürülüb. Qeyd edək ki, bundan əvvəl Baş nazir vəzifəsində hazırda ölkə Prezidenti olan Şavkat Mirziyayev çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!