14 Dekabr, 2016
Özbəkistan prezidenti AND İÇDİ

Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev ölkə parlamentinin hər iki palatasında birgə iclasında and içib. RİA "Novosti" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalimov Ş.Mirziyoyevə Özbəkistan prezidenti vəsiqəsini təqdim edib.

Ardından yeni seçilmiş dövlət başçısı əlini eyni zamanda ölkə Konstitusiyasına və "Quran"a basaraq, and içib: o, Konstitusiyaya və qanunlarına ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarının təmin ediləcəyinə və vicdanla Özbəkistan Respublikası prezidentinin vəzifələrini yerinə yetirəcəyinə söz verib.

Xatırladaq ki, dekabrın 4-də Özbəkistanda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, Liberal Demokrat Partiyası (UzLiDeP) tərəfindən namizədliyi irəli sürülən Ş.Mirziyoyev 88,61% səs toplayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!