24 May, 2011
Vaqif Cavadov «Bakı»dan kənarlaşdırıldı

Starkov 11-ci futbolçudan imtina etdi

"Bakı"nın heyətindən daha bir futbolçu kənarlaşdırılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, milli komandamızın üzvü Vaqif Cavadov paytaxt klubuna lazım olmayıb.
Hollandiyanın "Tvente" klubundan icarəyə götürülən 22 yaşlı forvardın oyunu baş məşqçi Aleksandr Starkovu qane etməyib. Latviyalı mütəxəssisin qərarı ilə "Bakı" rəhbərliyi Cavadovun müqaviləsini uzatmayıb və onu geri göndərib.
"Tvente"yə də lazım olmayan Vaqifin karyerasını "Qəbələ"də davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl "Bakı"nın heyətindən Jaba, Leonardo Roşa, Mahmud Qurbanov, Rafael Əmirbəyov, Saşa Kaykut, Adnan Bərəkət, Juninyo, Ruslan Leviqa, Stefan Barbikoni və Vyaçeslav Sofroni də kənarlaşdırılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!